Bank Of Baku

Britaniya XİN: Suriyada Əsəd, Rusiya və kürdlər arasındakı koordinasiyadan narahatıq

Britaniya XİN: Suriyada Əsəd, Rusiya və kürdlər arasındakı koordinasiyadan narahatıq
# 23 fevral 2016 14:24 (UTC +04:00)

Bakı – APA. Böyük Britaniya Suriyada Bəşər Əsəd qüvvələri, Rusiya aviasiya qruplaşması və kürdlər arasında koordinasiyadan narahat olduğunu açıqlayıb.

 

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond ölkə parlamentində çıxışında deyib. “Son həftələrdə biz Suriya kürdləri, Suriya rejimi və Rusiya aviaqrupu arasında koordinasiyanın olmasına dair çox narahatedici sübutlar gördük. Bizi kürdlərin bu məsələlərdə iştirakı ciddi narahat edir”, - deyə o, söyləyib.  

 

Qeyd edək ki, Suriyada Türkiyənin terror təşkilatı saydığı PYD-YPG qruplaşması Əsəd qüvvələri və Rusiyanın dəstəyi ilə son həftələrdə irəliləyib və bir sıra yaşayış məntəqələrini ələ keçirib. Bu isə Türkiyənin kəskin etirazına səbəb olub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR