Bakı-APA. Britaniyanın cənubundakı Didkot şəhərində yerləşən elektrik stansiyasında güclü partlayış baş verib. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, insident nəticəsində ölənlər var.
Məlumata görə, fəaliyyəti 2013-cü ildən dayandırılan elektrik stansiyasının yaxın zamanda sökülməsi planlaşdırılıb.
Partlayış nəticəsində, stansiya ərazisindəki tikililərdən biri tamamilə uçub.