Bakı-APA. Brüsseldə 4-5 iyun tarixində keçiriləcək “Böyük yeddilik” ölkələrinin sammitində Rusiyaya qarşı yeni sanksiyalar müzakirə oluna bilər. APA-nın məlumatına görə, bu barədə “İnterfaks”a Avropadakı diplomatik mənbə bildirib.
“Vəziyyətdən asılı olaraq, “Böyük yeddilik” ölkələrinin hökumət və dövlət başçıları Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək niyyətində olduqlarını təsdiq edəcəklər”, deyə mənbə bildirib.
Adının hallandırılmasını istəməyən məndə əlavə edib ki, iyunun 4-də keçiriləcək ilk görüş tamamilə Ukraynadakı vəziyyətin müzakirəsinə həsr olunacaq.