Bank Of Baku

Bu gün Brüsseldə "İŞİD"-ə qarşı ABŞ-ın başçılıq etdiyi koalisiyanın ilk toplantısı keçiriləcək - VİDEO

Bu gün Brüsseldə "İŞİD"-ə qarşı ABŞ-ın başçılıq etdiyi koalisiyanın  ilk toplantısı keçiriləcək - <span style="color: red;">VİDEO
# 03 dekabr 2014 04:47 (UTC +04:00)

APA-nın məlumatına görə, koalisiya üzrə 60-dan çox tərəfdaş ölkənin iştirak edəcəyi toplantıda İŞİD-ə qarşı əməliyyatın nəticələri və gələcək koordinasiya məsələləri müzakirə olunacaq.

 

ABŞ Dövlət Departamenti toplantı ərəfəsində bəyan edib ki, görüş iştirakçıları İŞİD-i zəiflətmək və ona qalib gəlmək üçün birgə səylərin siyasi mexanizmlərinə nəzər salacaqlar.

 

ABŞ prezidentinin koalisiyadakı xüsusi nümayəndəsi Con Allen isə bildirib ki, ilk siyasi məsləhətləşmələrin mövzusu İŞİD-lə mübarizə strategiyasının və siyasi sahədə gələcək addımların müzakirəsi olacaq.

 

Toplantı NATO-nin mənzil-qərargahında keçiriləcək. NATO-nun baş katibi bildirib ki, alyans görüşün təşkilində iştirak etməyib və bu işi ABŞ öz üzərinə götürüb.  

 

Qeyd edək ki, NATO İŞİD-ə qarşı əməliyyatlarda iştirak etmir.

 

Xatırladaq ki, ABŞ bəzi müttəfiq ölkələrin dəstəyi ilə sentyabrın 23-dən İŞİD-in Suriyadakı mövqelərinə hava zərbələri endirir.

 

Avqustdan analoji əməliyyat İraqda da aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR