APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, andiçmə mərasimi səhər saatlarında İspaniya parlamentinin aşağı palatasında baş tutacaq.
Ötən gün 76 yaşlı Xuan Karlos Madriddə keçirilən təntənəli mərasimdə krallıqdan çəkildiyi barədə müvafiq sənədi imzalayıb. Sənədə həmçinin İspaniyanın baş naziri Mariano Rahoy da imza atıb.
İyunun 17-də İspaniya parlamentinin yuxarı palatası kral Xuan Karlosun taxt-tacdan imtina etməsinə razılıq vermişdi. Xuan Karlos daxil olmaqla üç avropalı monarx son il ərzində könüllü olaraq taxt-tacdan imtina edib.