Bank Of Baku

Çavuşoğlu: "Tramp bundan sonra YPG-yə silah verməyəcəklərini konkret bəyan etdi"

Çavuşoğlu: "Tramp bundan sonra YPG-yə silah verməyəcəklərini konkret bəyan etdi"
# 24 noyabr 2017 16:32 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında bundan sonra Suriyadakı kürd qruplaşması YPG-yə silah verməyəcəklərini bəyan edib.

 

APA-nın "Hürriyet"ə istinadən verdiyi xəbərə görə, bunu telefon danışığında iştirak etmiş xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. "Hörmətli Tramp konkret şəkildə təlimat verdi və bundan sonra YPG-yə silah göndərilməyəcəyini söylədi. O bildirdi ki, əslində buna daha öncə son qoymaq lazım idi", - deyə o, vurğulayıb.

 

R. T. Ərdoğan isə iki ölkə arasındakı viza probleminin tam aradan qaldırılmasının zəruriliyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR