Bank Of Baku

Con Makkeyn: “Rusiyaya qarşı tətbiq olunan sanksiyalar kifayət deyil”

Con Makkeyn: “Rusiyaya qarşı tətbiq olunan sanksiyalar kifayət deyil”
# 16 aprel 2014 00:33 (UTC +04:00)

Bakı-APA. ABŞ senatoru Con Makkeyn ABŞ və AB tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyaların kifayət olmadığını hesab edir. APA-nın “UNN”-a istinadən verdiyi xəbərə görə, bu barədə Respublikaçılar Partiyasının nümayəndəsi Latviyanın paytaxtı Riqada keçirdiyi mətbuat konfransında bildirib.   

 

“İndiyədək tətbiq olunan sanksiyalar Putini ancaq təhrik edə bilər. Onun həyata keçirdiyi işğala cavab olaraq bir neçə şəxsə və bir banka qarşı sanksiyalar  tətbiq etmək, sözsüz ki, gülüncdür”, deyə Makkeyn qeyd edib.

 

O, ABŞ və Avropa Birliyi tərəfindən birlikdə Moskvaya qarşı əlavə sanksiyaların tətbiq olunmasının vacibliyini vurğulayıb.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR