Bank Of Baku

Diyarbəkirdə hərbçilərə hücüm olub, 1 nəfər ölüb, 26 nəfər yaralanıb - YENİLƏNİB

Diyarbəkirdə hərbçilərə hücüm olub, 1 nəfər ölüb, 26 nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB
# 02 may 2016 00:19 (UTC +04:00)

Bakı-APA. Diyarbəkir əyalətinin Diclə rayonunda törədilən partlayış nəticəsində 1 hərbçi ölüb, 26 nəfər yaralanıb.

 

APA-nın “Milliyet”-ə istinadən verdiyi məlumata görə, aralarında mülkü vətəndaşların də olduğu yaralılar helikopter və təcili yardım maşınları ilə Diyarbakır Hərbi Hospitalına göndərilib..

 

Son məlumata əsasən, yaralılardan 3-ün vəziyyətinin ağır olduğu bildirilir.

 

***

 

00:39


 

Bakı-APADiyarbəkir əyalətinin Diclə rayonunda partlayış baş verib.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, insident jandarm binası yaxınlığında qeydə alınıb.

 

Partlayışın PKK terror təşkilatı tərəfindən həyata keçirildiyi ehtimal edilir.

 

Müxtəlif məlumatlara görə, hadisə nəticəsində 3-dən 10-dək hərbçi yaralanıb.

 

Qeyd edək ki, mayın 1-də Türkiyənin Gaziantep şəhərində Polis İdarəsinin qarşısında bomba yüklü avtomobilə törədilən partlayış nəticəsində 2 polis şəhid olub, 18-i polis əməkdaşı olmaqla, 22 nəfər yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR