Bank Of Baku

Əhməd Davudoğlu: “Rusiya ilə bir sıra məsələlərdə fikir ayrılıqları birlikdə çalışmağımıza mane olmur” - FOTO

Əhməd Davudoğlu: “Rusiya ilə bir sıra məsələlərdə fikir ayrılıqları birlikdə çalışmağımıza mane olmur” - <span style="color: red;">FOTO
# 27 may 2014 13:58 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Rusiya-Türkiyə münasibətləri bütün dünya ölkələrinə nümunədir. İki ölkə arasında bir sıra beynəlxalq məsələlərdə fikir ayrılığı olsa da, bu, ikitərəfli münasibətlərə təsir göstərmir". APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, bir sıra məsələlərdə, məsələn, Suriya  və Ukrayna böhranlarının həllində fikir ayrılığı olsa da, bu, tərəfdaşlığa mənfi təsir göstərmir: “Türkiyə digər tərəfdaşlarımızdan fərqli olaraq problemlərin birgə həll yolunu danışıqlar masasında müzakirə etməyi bacarır”.

 

Ə. Davudoğlu da bu mövqeni bölüşüb: “Rusiya ilə bir sıra məsələlərdə fərqli fikirlərimiz ola bilər. Bu iki ölkə arasında tarixi bağlılıq var. Biz bütün məsələləri dostcasına müzakirə edirik. Fikir ayrılıqları birlikdə çalışmağımıza mane olmur”.

 

Türkiyəli nazirin sözlərinə görə, Suriya və Ukrayna böhranının həllinə Rusiya və Türkiyə birlikdə töhfə verə bilərlər: “Suriya konfliktinin siyasi yolla həlli yeganə həll yoludur. Fərqli düşüncələrimiz olsa da, Türkiyə də, Rusiya da Suriya probleminin siyasi danışıqlar yolu ilə həllinin tərəfdarıdır. Ümid edirəm ki, maraqlarımız fərqli olsa da, işbirliyimiz Suriya böhranının siyasi tənzimlənməsinin həlli üçün əsas ola bilər".  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR