Bank Of Baku

Ərdoğan: “Xəzərdən Suriyaya raketlərin atılması bizi narahat etdi”

Ərdoğan: “Xəzərdən Suriyaya raketlərin atılması bizi narahat etdi”
# 30 oktyabr 2015 06:15 (UTC +04:00)

Ankara. Mayis Əlizadə - APA. “Xəzər dənizindən Suriyaya raket atılması bizi narahat etdi”.

 

Bunu APA-nın Türkiyə müxbirinin sualına cavabında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

R. T. Ərdoğan Türkiyə Cümhuriyyətinin qurulmasının 92-ci ili münasibətiylə Ankarada keçirdiyi qəbulda bildirib ki, bu məsələ ilə bağlı Rusiya prezidenti Vladimir Putinlə danışıb: “Bu məsələdən narahat olduğumuzu dedik. Bu axşam xarici işlər nazirləri Vyanada bir araya gəldilər. Orada toplantılar davam edir. Dar çərçivədə - Amerika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə müzakirələri keçirilir. Bundan əlavə, 13 ölkənin iştirak edəcəyi geniş tərkibli yığıncaq təşkil olunacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR