Bank Of Baku

Estoniyada NATO-nun təlimləri başlayır

Estoniyada NATO-nun təlimləri başlayır
# 05 iyun 2017 00:38 (UTC +04:00)

Bu gün Estoniyada NATO-nun “Saber Strike” beynəlxalq hərbi təlimləri başlayır.

 

APA-nın xəbərinə görə, bu barədə Estoniya ordusunun baş qərargahının məlumatında bildirilir.

 

İyunun 3-də Latviyada start götürən təlimlərin tərkib hissəsi olan “Saber Strike”a  yerli hərbçilərlə yanaşı Estoniyada dislokasiya olunan NATO batalyonunun əsgərləri və Finlandiyanın mühəndis-istehkam qrupu qatılacaq. Ümumilikdə, təlimlərdə 1 500 hərbçinin iştirakı nəzərdə tutulub. Təlimlərə ABŞ-ın AH-64 (Apache) və UH-64 (Black Hawk) hərbi helikopterləri də cəlb ediləcək.

 

NATO müntəzəm olaraq Baltikyanı ölkələrdə təlimlər keçirir. Bu il Latviya, Litva və Estoniyada 16 hərbi təlimin keçirilməsi planlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR