Bakı-APA. Fransa Müdafiə Nazirliyi Ukraynada böhranın dərinləşməsi fonunda Baltikyanı ölkələrin hava məkanında patrul reydləri həyata keçirmək üçün 4 qırıcı təyyarəsini göndərəcək.
APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, Fransa Hərbi-Hava Qüvvələrinə məxsus qırıcı təyyarələri Polşanın Malbork şəhəri yaxınlığındakı aviabazaya göndəriləcək. Fransa pilotlarının qarşısına iki vəzifə qoyulub: Polşa Hərbi-Hava Qüvvələrinin hazırlığı və NATO-nun rəhbərliyi altında Baltikyanı ölkələrin hava məkanında patrul reydləri həyata keçirmək.