Bank Of Baku

Fransa və ABŞ prezidentləri arasında telefon danışığı olub

Fransa və  ABŞ prezidentləri arasında telefon danışığı olub
# 16 iyun 2018 00:07 (UTC +04:00)

Fransa prezidenti Emmanuel Makron və  ABŞ dövlət başçısı Donald Tramp arasında telefon danışığı olub.

 

APA-nın xəbərinə görə, bu barədə Yelisey sarayının mətbuat xidməti məlumat yayıb.

 

Məlumata əsasən, söhbət zamanı KXDR ətrafında vəziyyət müzakirə edilib. Həmçinin Suriya və İranla bağlı məsələlərə toxunulub.

 

“Beynəlxalq gündəlikdə yer alan mövzularla yanaşı E.Makron və D.Tramp ticarət siyasəti ilə bağlı məsələləri də müzakirə ediblər”, məlumatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR