Bank Of Baku

Fransada məhkəmə postsovet ölkələrdən olan 22 şəxsə hökm çıxarıb

Fransada məhkəmə postsovet ölkələrdən olan 22 şəxsə hökm çıxarıb
# 29 mart 2017 00:59 (UTC +04:00)

Fransada məhkəmə keçmiş SSRİ respublikalarından olan 22 şəxsi mütəşəkkil cinayətkar qrup yaratmaqda təqsirli bilərək müxtəlif müddətlərə azadlıqdan məhrum edib.

 

APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, Bordo şəhər məhkəməsi Gürcüstan, Ermənistan, Özbəkistan və Azərbaycanda olan 22 şəxsi oğurluq, zorla pul almaq, qaçaqmalçılıq və oğurluq əşyaları gizlətməkdə təqsirli bilib.  

 

Cinayətkar qrupun üzvləri  2011-2013 illərdə Fransanın əksər ərazisində cinayət törədiblər. Məhkəmə bu qrupda ciddi iyerarxiya olduğunu və qrupun mafioz tipli olduğunu müəyyən edib.   

 

Qruplaşmanın 41 yaşlı  rəhbəri Artur Yüzbaşev 9 il müddətinə azadlıqdan məhrum edilib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR