Bank Of Baku

Olland nazirləri Marin Le Penin seçkilərdə çox səs qazanmaması üçün əllərindən gələni etməyə çağırıb

Olland nazirləri Marin Le Penin seçkilərdə çox səs qazanmaması üçün əllərindən gələni etməyə çağırıb
# 26 aprel 2017 14:57 (UTC +04:00)

Fransa prezidenti Fransua Olland hökumət üzvlərini “Milli Cəbhə” Partiyasının sədri, prezidentliyə namizəd Marin Le Penin prezident seçkilərinin ikinci mərhələsində az səs qazanması üçün əllərindən gələni etməyə çağırıb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Fransa hökumətinin rəsmi nümayəndəsi Stefan Le Fol deyib.

 

Onun sözlərinə görə, ölkə başçısı bütün nazirlərin prezident seçkilərinin ikinci mərhələsi ilə bağlı kampaniyada fəal iştirak etmələrini istəyib. O, Emanuel Makronun seçkilərdə qalib gələcəyinə əmin olduğunu bildirib: “Böyük ehtimal ki, Emanuel Makron qalib gələcək. Lakin məsələ Marin Le Penin nəticələrinin bütün qüvvələrin səfərbər olmasından asılıdır. Onun 30-35 faiz və ya 40 faiz səs toplaması eyni şey deyil”.

 

S. Le Fol qeyd edib ki, 2002-ci ildə də “Milli Cəbhə” Partiyası əleyhdarlarının səfərbər olması nəticəsində onun yaradıcısı Jan-Mari Le Penin prezident seçkilərinin ikinci mərhələsində əldə etdiyi nəticə birinci mərhələdəki kimi olub.

 

Qeyd edək ki, aprelin 23-də Fransada prezident seçkilərinin birinci mərhələsi keçirilib. İkinci tura 4,01 faiz səslə “İrəli” partiyasının qurucusu Emanuel Makron və 21,30 faiz səslə “Milli Cəbhə” Partiyasının sədri Marin Le Pen  keçib. Seçkilərin ikinci mərhələsi mayın 7-də keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR