Güclü külək Gürcüstanın Poti şəhərində fəsadlar törədib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, 10 çoxmərtəbəli binanın və uşaq bağçasının dam örtüyü uçub, güclü külək ağacları kökündən çıxarıb.
Əhali yardım məqsədi ilə şəhər meriyasına müraciət edib. Şəhər bələdiyyəsinin sədri Aleksandr Topuria və şəhər meri İrakli Kakulia əhali ilə görüşüblər.
İ. Kakulia bildirib ki, ərazidə təcili xilasetmə xidməti fəaliyyət göstərir. Onun sözlərinə görə, şəhər meriyası zərərin məbləğini müəyyən etmək üçün xüsusi komissiya yaradıb.