Gürcüstanda məktəb binasında partlayıcı qurğu olması barədə xəbərlə əlaqədar məktəblilər təxliyə edilib.
APA-nın “kavkaz-uzel”ə istinadən verdiyi məlumata görə, hadisə Rustavi şəhərindəki 3 saylı məktəbdə baş verib. Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları və minaaxtaranlar cəlb olunub. Məktəb binası mühasirəyə alınıb.
Bomba qoyulması barədə məlumat təsdiqini tapmayıb.
Qeyd edək ki, aprelin 5-də analoji xəbərlə əlaqədar polis Tiflisin mərkəzində insanları təxliyə edib. Bir müddət sonra yayılan məlumat təsdiqini tapmayıb.