Bank Of Baku

Gürcüstan parlamenti Avropa Birliyi ilə assosiasiya sazişinini ratifikasiya edəcək

Gürcüstan parlamenti Avropa Birliyi ilə assosiasiya sazişinini ratifikasiya edəcək
# 09 iyul 2014 13:04 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. Gürcüstan parlamenti Avropa Birliyi ilə imzalanmış assosiasiya sazişini iyulun 18-də ratifikasiya edəcək. APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Gürcüstan parlamentinin sədri David Usupaşvili deyib. O bildirib ki, Gürcüstan Konstitusiyasının tələbinə əsasən parlamentin fövqəladə iclasını çağırmaq üçün prezident Georgi Marqvelaşviliyə müraciət edilib.


D. Usupaşvili qeyd edib ki, hazırda parlament tətildədir və yaz sessiyası çoxdan başa çatıb: “Fövqəladə iclasda assosiativ sazişin ratifikasiya olunması planlaşdırılır. Bu məsələ ən yaxın zamanda öz həllini tapacaq”.


Qeyd edək ki, Gürcüstan iyunun 27-də AB ilə assosiasiya sazişi imzalayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR