Bank Of Baku

Gürcüstan parlamentinin bəzi deputatları marixuananın dadına baxdıqlarını etiraf ediblər

Gürcüstan parlamentinin bəzi deputatları marixuananın dadına baxdıqlarını etiraf ediblər
# 19 dekabr 2016 08:50 (UTC +04:00)

Rustavi-2 televiziyası Gürcüstan parlamentinin üzvləri arasında marixuana istifadəçisi olub-olmadıqları barədə sorğu aparıb.

 

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, sorğu nəticəsində məlum olub ki, parlamentin çoxluq və azlıq nümayəndələri marixuananın dadına baxıblar.
 
Vahid Milli Hərəkat Partiyasından olan Roman Qotsiridze, Giqi Tsereteli,  parlamentin azlıq lideri David Bakradze, parlamentin çoxluq nümayəndələri Nukri Kantaria, Zaza Xutsişvili, Dmitri Xundadze, Georgi Volski, Koba Narçemaşvili, Zakaria Kutsnaşvili, Levan Qoqiçaşvili, Nata Çxeidze, parlament çoxluğunun lideri Arçil Talakvadze və digər deputatlar marixuananın dadına baxdıqlarını və onun cəmiyyət üçün zərərli olduğunu bildiriblər.
 
Qeyd edək ki, Gürcüstanda marixuanadan və digər narkotik maddələrdən istifadəyə görə cəza tətbiq olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR