Gürcüstanın Kaxeti bölgəsində turist avtobusunun qəzaya uğraması nəticəsində 25 sərnişin xəsarət alıb.
APA-nın yerli bürosunun məlumatına görə, xəsarət alanlar Telavi şəhər xəstəxanasına çatdırılıb.
Hazırda onların 16-sı xəstəxanadadır.
Turistlərin Belarus vətəndaşları olduğu müəyyənləşib.
***
saat 13.07
Gürcüstanda turistləri Kaxeti bölgəsinə aparan avtobus Qambori aşırımında qəzaya uğrayıb.
APA-nın yerli bürosunun məlumatına görə, avtobusun yoldan aşması nəticəsində avtobusda olan 6 rusiyalı turist müxtəlif dərəcəli xəsarətlər alıb.
Onlar Telavi şəhər xəstəxanasına çatdırılıb.
Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı araşdırma aparır.