Bank Of Baku

Gürcüstanda əcnəbilərə torpaq satılmayacaq

Gürcüstanda əcnəbilərə torpaq satılmayacaq
# 08 iyun 2017 14:20 (UTC +04:00)

“Gürcüstanda vətəndaşlığı olmayan şəxslərə torpaq sahələri satılmayacaq”.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstan baş naziri Georgi Kvirikaşvili bu gün hökumətin iclasında bildirib.

 

Onun sözlərinə görə, Gürcüstan vətəndaşlığı olmayan şəxslərə torpaq satılmayacaq: “Biz bu barədə qərar qəbul etmişik. Məsələ ilə bağlı hakim partiya ilə məsləhətləşmələr keçirilib”.

 

Baş nazir qeyd edib ki, Gürcüstanda dövlət və yerli hakimiyyət orqanları, habelə vətəndaşlığı olan şəxslər torpaq ala biləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR