Bakı – APA. Gürcüstanda iki mikroavtobusun qarşı-qarşıya toqquşması nəticəsində beş nəfər ölüb.
APA-nn “Rustavi-2” telekanalına istinadən verdiyi məlumata görə, hadisə ölkənin şərqində - Ucarma kəndi ərazisində baş verib.
Qəzanın hansı şəraitdə baş verdiyi aydınlaşdırılır. Hadisə yerində polis və xilasedicilər işlər.
Qəza nəticəsində ağır xəsarətlər almış daha iki nəfər xəstəxanaya yerləşdirilib.