Bakı-APA. Gürcüstanın iki mikroavtobusun toqquşması nəticəsində 5 nəfər ölüb. APA-nın “Rustavi2” telekanalına istinadən verdiyi xəbərə görə, qəza ötən gün axşam saatlarında Ucarma kəndi yaxınlığında baş verib.
Məlumata görə, qəza nəticəsində daha iki nəfər ağır xəsarətlər alıb.
Qəzanın səbəbləri araşdırılır.