Gürcüstan. Nizami Məmmədzadə - APA. “Bu gün Gürcüstanda İşğal Günü qeyd edilir. 95 il əvvəl bu gün Gürcüstanın Milli Qvardiyası və könüllülər Qızıl Orduya qarşı müqavimət göstərərək həlak olublar”.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, İşğal Günü Gürcüstan tarixində vacib günlərdən biridir və bu tarixi gün hər il ənənəvi olaraq qeyd edilir: "Fevralın 25-də Qırmızı Ordu Gürcüstanı işğal edərkən gürcü könüllüləri və Milli Qvardiya əsgərləri Tiflis yaxınlığındakı Tabaxmela və Kocori kəndlərində işğalçılara silahlı müqavimət göstərərkən həlak olublar. Gürcüstan öz suverenliyini qoruyarkən müharibədə məğlub olsa da, bu gün o, müharibəni udub və öz müstəqilliyini saxlaya bilib. Ölkəmizin müstəqilliyi uğrunda canlarını fəda edən könüllülərin bu qəhrəmanlığı gələcək nəsillərə nümunədir".
Qeyd edək ki, Gürcüstan parlamentinin 2010-cu il 21 iyul qərarı ilə hər il fevralın 25-də Gürcüstan ərazisində dövlət bayraqları endirilir.