Gürcüstanda dələduzluqda şübhəli bilinən Ermənistan vətəndaşları saxlanılıb.
APA-nın yerli bürosu Gürcüstanın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, saxlanılan şəxslər dəmir yolu vağzalı ərazisində yerləşən “Qızıl birjası”nda saxta qızıl külçələr satıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Ermənistan vətəndaşlarını 100 qramlıq qızıl külçə satmağa cəhd edərkən tutublar. Qızıl külçənin birinin bazar dəyəri 10 min laridən çox olub (4 min dollardan çox). Polis saxta qızıl külçələrdən birini maddi sübut kimi müsadirə edib.
Ermənistan vətəndaşlarını 4 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.