Bakı – APA. Gürcüstan parlamentində yeni yerli idarəetmə məcəlləsi qəbul edilib.
APA-nın “Civil Georgia”ya istinadən verdiyi məlumata görə, yeni məcəllə şəhər merlərinin və icma rəhbərlərinin seçki yolu ilə müəyyənləşəcəyini nəzərdə tutur.
Sənədin lehinə 77 nəfər, əleyhinə isə 7 nəfər səs verib.
Beləliklə, bundan sonra Gürcüstanda əhalisi 15 mindən çox olan yaşayış məntəqələri “özünü idarə edən şəhər” statusu alacaq. Bu isə onlara mer seçkilərini keçirməyə imkan verəcək.
Qeyd edək ki, bu vaxtadək Gürcüstanda yalnız paytaxt Tiflisin meri seçki yolu ilə müəyyən edilirdi.