Bank Of Baku

Gürcüstanda terrorçuluğa görə saxlanılmış şəxsi 17 ilədək həbs cəzası gözləyir

Gürcüstanda terrorçuluğa görə saxlanılmış şəxsi 17 ilədək həbs cəzası gözləyir
# 23 noyabr 2017 17:21 (UTC +04:00)

Tbilisidə dünən antiterror əməliyyatı zamanı saxlanılmış terrorçuluqda şübhəli bilinən şəxsi 10 ildən 17 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

 

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstanın Baş Prokurorluğundan bildirilib.

 

Saxlanılan şəxsin xarici vətəndaş olduğu və Rusiyada  bir sıra cinayətlərdə ittiham olunduğu bildirilir.

 

Xatırladaq ki, noyabrın 22-də Tbilisidə həyata keçirilmiş antiterror əməliyyatı zamanı terrorçuluqda şübhəli bilinən 3 nəfər zərərsizləşdirilib, bir nəfər isə saxlanılıb. Əməliyyat zamanı bir xüsusi təyinatlı ölüb, ikisi isə yaralanıb. Gürcüstan DİN-nin 2 əməkdaşı da xəsarət alıb.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR