Gürcüstanda baş verən zəlzələnin maqnitudası 5,1 bal təşkil edib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Milli Seysmoloji Mərkəz xəbər verib.
Məlumata görə, zəlzələnin episentri Siqnaxi şəhərinin yaxınlığındakı Kvemo Mağoro kəndində yerləşib.
***
22:42
Gürcüstanda yerli vaxtla saat 22.26-da zəlzələ baş verib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, zəlzələ paytaxt Tiflis və azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda hiss edilib.
Yeraltı təkanların maqnitudası və xəsarət alanların olub-olmadığı barədə hələ ki, məlumat verilməyib.