Bank Of Baku

Gürcüstanın 90 min vətəndaşı Aİ ölkələrinə vizasız səfər edib

Gürcüstanın 90 min vətəndaşı Aİ ölkələrinə vizasız səfər edib
# 26 oktyabr 2017 15:26 (UTC +04:00)

Gürcüstanın 90 min vətəndaşı Avropa İttifaqı (Aİ) ölkələrinə vizasız səfər edib.
 
APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Aİ-nin Gürcüstan nümayəndəliyinin rəhbəri Yanoş Herman vizasız rejimin altı ayının yekunlarına həsr olunmuş tədbirdə bildirib.
 
Vizasız rejimin uğurlu olduğunu vurğulayan Y. Herman deyib ki, 230-a yaxın Gürcüstan vətəndaşının Şengen zonasına daxil olmasına icazə verilməyib. O qeyd edib ki, Şengen ölkələrinə səfər üçün yeni tənzimləmələr Gürcüstanla yanaşı, digər ölkələrə də şamil olunur: “Şengen zonasına səfər üçün onlayn avtorizasiya beş il etibarlı olacaq. Bu, çox sadə prosedur olacaq”.
  
Qeyd edək ki, Gürcüstan və Aİ arasında vizasız rejim cari ilin martın 28-də qüvvəyə minib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR