Bank Of Baku

Gürcüstanın baş naziri Kvemo Kartliyə səfər edərək əhali ilə görüşüb

Gürcüstanın baş naziri Kvemo Kartliyə səfər edərək əhali ilə görüşüb
# 21 avqust 2016 00:33 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Kvemo Kartli bölgəsinə səfər edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, hökumət rəhbəri Dmanisi, Bolnisi, Marneuli və Qardabani rayonlarında yerli əhali qarşısında çıxış edib. “Dinindən asılı olmayaraq ölkəmizin hər bir vətəndaşı növbəti 4 ildə Gürcüstanın inkişafında mühüm, dönməz dəyişikliklər etmək üçün birlikdə çalışmalıdır.” Bu sözləri Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Qardabaniyə səfəri zamanı “Gürcü Arzusu-Demokratik Gürcüstan” tərəfindən parlament seçkilərində deputatlığa namizədliyi irəli sürülən gənc soydaşımız Savalan Mirzəyevi Qardabanidə yaşayan əhaliyə daha yaxından tanıtmaq üçün təşkil olunan görüşdəki çıxışında bildirib. 

 

G. Kvirikaşvili "Gürcü arzusu-Demokratik Gürcüstan"dan majoritar namizəd irəli sürülən Savalan Mirzəyev və ölkənin gələcək inkişaf planları haqqında fikirlərini bildirib. Hökumət rəhbərinin sözlərinə görə, son 4 il ərzində hakimiyyət orqanları səhiyyə, kənd təsərrüfatı və istehsalın inkişafı, o cümlədən müxtəlif sahələrdə əhəmiyyətli addımlar atıb. O, hakim partiya olan “Gürcü Arzusu”nun konkret inkişaf planı ilə ixtisaslı komanda ətrafında birləşdiyini bildirib. Nazir parlamentdə hər bir ailəyə rifah gətirəcək və ölkənin inkişafı üçün çalışacaq ixtisaslı komandanın olacağını qeyd edib.

 

Qardabanidə təşkil olunan görüşdə baş nazirin müavini və “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının baş katibi Kaxa Kaladze çıxışında Qardabani əhalisini səhiyyə, kənd təsərrüfatı, ölkədə infrastruktur layihələrin həyata keçirilməsi ilə tanış edib və əhaliyə təşəkkür edib: "İlk növbədə, mən sizin hər birinizə təşəkkür edirəm. Biz ölkəmizdə olan və bütün insanları narahat edən problemləri həll edəcəyik. Hamının oktyabrın 8-də “Gürcü Arzusu”na verdiyi yekdil səsi ölkəmizin hər bir vətəndaşına uğur gətirəcək. Mən hamıya uğurlar diləyirəm. Mən bizim qələbə çalacağımıza əminəm”, - deyə Kaxa Kaladze bildirib.

 

Qardabanidəki çıxışında deputatlığa namizəd Savalan Mirzəyev baş nazirə və “Gürcü Arzusu-Demokratik Gürcüstan” rəhbərliyinə təşəkkürünü bildirərək, son dörd ildə Qardabanidə yarım milyard dollardan çox yatırım həyata keçirildiyini bildirib.  

 

Qeyd edək ki, bu gün Gürcüstanın baş nazir azərbaycanlıların kompakt yaşadığı Marneulidə də   deputatlarla birlikdə əhali qarşısında çıxış edib və deputatlığa namizəd Ruslan Hacıyevə və digər namizədlərə uğurlar arzulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR