Bank Of Baku

Gürcüstanın baş naziri sələfinə uzunmüddətli həbsxana həyatı vəd edib

Gürcüstanın baş naziri sələfinə uzunmüddətli həbsxana həyatı vəd edib
# 16 yanvar 2014 09:52 (UTC +04:00)

Bakı – APA. Gürcüstanın baş naziri İrakli Qaribaşvili sabiq baş nazir Vano Merabişviliyə uzunmüddətli həbsxana həyatı vəd edib.

 

APA – nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, İ.Qaribaşvili bu gün Tiflisdə keçirdiyi brifinqdə deyib ki, sələfi öz partiyasını büdcə vəsaitləri hesabına maliyyələşdirib və buna görə qanun qarşısında cavab verəcək.

 

“Merabişvili uzun müddət və yaxşı oturacaq. Onun siyasi səbəblər üzündən saxlanılması haqda söhbətlərin isə əsası yoxdur. Merabişvili sabiq prezident Mixail Saakaşviliyə təzyiq göstərməyə, ona öz mövcudluğunu xatırlatmağa çalışır. Keçmiş hökumətin yüksək çinli məmurlara qarşı açılan bütün işlər sona çatdırılacaq”, - deyə o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR