Gürcüstanın baş naziri Mamuka Baxtadze hökumət administrasiyasında yeni aparat rəhbəri vəzifəsi təsis edib.
APA-nın yerli bürosunun məlumatına görə, bu vəzifəyə Giorgi Çoladze təyin olunub.
Baş nazirin aparatına ictimaiyyətlə əlaqələr, protokol və xarici əlaqələr üzrə şöbələr tabe olacaq.
G. Çoladze M. Baxtadzenin maliyyə naziri olduğu dövrdə Maliyyə Nazirliyinin aparat rəhbəri vəzifəsində çalışıb.