Bolnisi. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstanın kənd təsərrüfatı naziri Şalva Pipiya azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunun Faxralı kəndində olub.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, səfərin əsas məqsədi “Kənd təsərrüfatının inkişafı proqramı” çərçivəsində taxıl sahələrinə baxış keçirmək olub.
Nazirlikdən APA-ya bildirilib ki, Ş. Pipiya Faxralı fermerləri ilə görüşüb. Fermerlər qarşılaşdığı problemlər barədə nazirə məlumat veriblər.