Bakı – APA. Gürcüstan prokurorluğu sabiq baş nazir Zurab Jvaniyanın ölümü ilə bağlı araşdırmaları davam etdirir.
APA – nın “Georgia Online” saytına istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın baş naziri İrakli Qaribaşvili deyib.
İ. Qaribaşvili qeyd edib ki, prokurorluq sabiq baş nazirin nəşini eksqumasiya etmək, habelə ekspertizaya İsveçrə yaxud da İsrail labortoriyasını cəlb etmək istəyir.
Z.Jvaniyanın ölümü ilə bağlı komissiyanın yaradılmasının planlaşdırıldığını deyən baş nazir komissiyanın işinə qoşulmaq üçün artıq Tomas Hammarberqlə məsləhətləşmələrin aparıldığını bildirib.