Bakı-APA. İngiltərənin Didkot şəhərində yerləşən elektrik stansiyasında tikilinin uçması nəticəsində azı 1 nəfər ölüb, 5 nəfər yaralanıb. APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, xilasedicilərin məlumatına əsasən, hadisə nəticəsində daha 3 nəfər itkin düşmüş hesab edilir.
Məlumata görə, fəaliyyəti 2013-cü ildən dayandırılan elektrik stansiyasının yaxın zamanda sökülməsi planlaşdırılıb.
Partlayış nəticəsində, stansiya ərazisindəki tikililərdən biri tamamilə uçub.