Bank Of Baku

İngiltərədə həbsxanada baş verən qiyam yatırılıb - YENİLƏNİB

İngiltərədə həbsxanada baş verən qiyam yatırılıb  - <span style="color: red;">YENİLƏNİB
# 17 dekabr 2016 01:28 (UTC +04:00)

İngiltərənin Birminqem şəhərində həbsxanada baş vermiş qiyam yatırılıb.

 

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, hadisə yerinə göndərilən xüsusi təyinatlı polis dəstələri həbsxanada vəziyyəti nəzarət altına alıb.

 

Artıq 600 nəfərin cəza çəkdiyi həbsxanada asayişin bərpa olunduğu bildirilir. Məlumata əsasən, insident zamanı xəsarət alan məhbuslardan biri xəstəxanaya göndərilib.

 

İnsidentin səbəbləri barədə məlumat verilmir.

 

***

 

02:34

 

İngiltərədə həbsxanada qiyam baş verib.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, insident Birminqem şəhərində qeydə alınıb.

 

İnsident nəticəsində 3 nəfər xəsarət alıb, onlardan 1-in vəziyyətinin ağır olduğu bildirilir.

 

İnsidentin səbəbləri və təfərrüatları barədə hələ ki, məlumat verilmir.

 

Cəzaçəkmə müəssisəsində 600 nəfər məhkumun saxlandığı qeyd olunur. Hazırda polis qiyamın yatırılması üçün əməliyyat keçirir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR