Bank Of Baku

İran xarici işlər naziri ilə Ketrin Eşton arasında görüş keçirilib

İran xarici işlər naziri ilə Ketrin Eşton arasında görüş keçirilib
# 08 aprel 2014 08:42 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Ötən gün Vyanada İran xarici işlər naziri ilə Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi arasında görüş keçirilib.

 

APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, işgüzar şam yeməyində bir araya gələn Məhəmməd Cavad Zəriflə Ketrin Eşton aprelin 3-5-də İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində keçirilmiş nüvə müzakirələrinin hesabatlarını araşdıraraq ikigünlük danışıqların əsas mövzularını təyin ediblər.

 

İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri bu gün yerli vaxtla saat 10:00-da M.C.Zərif və K.Eştonun rəhbərliyi altında öz işinə başlayacaq, daha sonra müavinlər səviyyəsində davam etdiriləcək. Müzakirələrdə Ərak ağır su nüvə reaktoru və uranın zənginləşdirilməsi kimi məsələlər daxil olmaqla yerdə qalan bütün mövzularla bağlı fikir mübadiləsi aparılacaq.

 

İran xarici işlər naziri jurnalistlərə açıqlamasında AB rəsmisi ilə yalnız nüvə məsələsi barədə fikir mübadiləsi aparıldığını bildirib: “Müzakirələr iki gün davam edəcək və bu zamana qədər öz həllini tapmayan mövzular ətraflı şəkildə araşdırılacaq”.

 

M.C.Zərif həmçinin gələn həftəyədək yekun razılaşmanın layihəsinin hazırlanacağını gözlədiklərini və bunun da tərəflər arasında aparılan nüvə müzakirələrində əldə edilmiş nəticələr çərçivəsində olacağını vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR