İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Türkiyəyə səfəri başlayıb.
APA-nın “turkiyegazetesi.com.tr”yə istinadən verdiyi məlumata görə, Ankarada iranlı nazir jurnalistlərə açıqlamasında deyib ki, bölgədə narahatedici hadisələr baş verir və bu hadisələrlə bağlı Türkiyə ilə sıx müzakirələr aparmağa ehtiyac var. Nazir ölkəsində bu gün baş verən terror hücumlarına da toxunub: “Bu hücumlar xalqımızın terrora qarşı mübarizəsini daha da gücləndirəcək”.
Səfər zamanı M.C.Zərif Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək. Görüşlərdə başda Suriya məsələsi olmaqla, ikitərəfli və regional məsələlər müzakirə ediləcək.