Bakı. Məlahət Nəcəfova - APA. Antalya polisi İŞİD terror qruplaşmasının üzv olmaqda şübhəli bilinən Aydar Süleymanovun sərbəst buraxıldığını təsdiqləyib.
APA-nın məlumatına görə, bu barədə “RİA Novosti” xəbər yayıb. Polis əməkdaşı agentliyə bildirib ki, A. Süleymanov artıq azadlıqdadır.
Xatırladaq ki, İstanbulda yanvarın 12-də baş verən terror aktı ilə bağlı Antalyada saxlanılan şəxslərdən biri Rusiya vətəndaşı, 1984-cü il təvəllüdlü Aydar Süleymanov olub.