Bank Of Baku

İspaniyada məhkəmə Puçdemonun həbsinə Avropa orderi verib

İspaniyada məhkəmə Puçdemonun həbsinə Avropa orderi verib
# 03 noyabr 2017 20:51 (UTC +04:00)

İspaniyanın Milli Məhkəmə Palatası Kataloniyanın sabiq rəhbəri Karles Puçdemonun həbsinə Avropa orderi verib.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, məhkəmənin qərarı həmçinin Kataloniya hökumətinin 4 sabiq üzvünə də şamil edilir.

 

Onlar Kataloniya qeyri-qanuni yolla müstəqillik elan etdikdən sonra qiyam, üsyana təhrik etmədə,  vəzifə səlahiyyətlərindən sui-istifadədə və itaətsizlikdə ittiham olunurlar. K.Puçdemon və digər kataloniyalı məmurlar noyabrın 2-3-də İspaniyada məhkəməyə gəlməkdən imtina ediblər.

 

Hazırda Kataloniyanın sabiq rəhbəri Belçikadadır. Avropa qanunlarına uyğun olaraq, Avropa orderi verildikdən sonra K.Puçdemonu Belçika polisi həbs etməlidir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR