Bakı. Zümrüd Paşayeva-APA. İspaniyanın yeni kralı VI Felipe müstəqillik dalğasının yüksəldiyi Kataloniya bölgəsinə əməkdaşlıq təklif edib.
APA-nın “Russia Today”a istinadən verdiyi məlumata görə, kral çıxışı zamanı bəyan edib ki, hər bir vətəndaşın qanuni istəklərini yerinə yetirmək, ümumi məqsədlərə nail olmağın ən yaxşı yolu səmimi əməkdaşlıqdır.
Qeyd edək ki, Kataloniya liderləri noyabrın 9-da müstəqilliklə bağlı referendum keçirməyi planlaşdırırlar.