Bank Of Baku

İstanbulda İranla “altılıq” ölkələri arasında növbəti ekspert müzakirələri başlayıb

İstanbulda İranla “altılıq” ölkələri arasında növbəti ekspert müzakirələri başlayıb
# 27 may 2014 10:03 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Bu gün İstanbulda İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində növbəti nüvə müzakirələri başlayıb.

 

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, danışıqlarda İran nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin beynəlxalq və siyasi məsələlər idarəsinin müdiri Həmid Bəidinejad rəhbərlik edir. “Altılıq” ölkələrini isə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini Stefan Klement təmsil edir.

 

Bundan əlavə, bu gün saat 11:30-da İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Avropanın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton arasında növbəti ikitərəfli qeyri-rəsmi görüş başlayıb. Tərəflər əsasən  İranla “altılıq” ölkələri arasında iyunun 16-20-da Vyanada keçirilməsi planlaşdırılan növbəti nüvə müzakirələrində necə irəliləyişə nail olmaq barədə danışıqlar aparırlar.

 

Qeyd edək ki, bundan əvvəl M.C.Zərif və K.Eşton mayın 26-da İstanbul şəhərindəki Çırağan otelində və İranın İstanbuldakı baş konsulluğunda işgüzar şam yeməyində bir araya gəliblər. M.C.Zərif bu gün günortadan sonra Qoşulmama Hərəkatına (NAM) üzv ölkələrin xarici işlər nazirlərinin növbəti toplantısında iştirak etmək üçün Əlcəzairə gedəcək.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR