Bakı – APA. İsveçrədə Suriyanın hökumət və müxalifət nümayəndələri arasında danışıqlar başlayıb.
APA – nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, danışıqlar BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Lahdar Brahiminin vasitəçiliyi keçirilir.
Görüşün birinci hissəsi 15 dəqiqə davam edib. Bu müddət ərzində yalnız L. Brahimi çıxış edib. Bundan sonra tərəflər fasiləyə yollanıb.