Bank Of Baku

İtaliyada daşqınlar nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb

İtaliyada daşqınlar nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb
# 11 sentyabr 2017 22:44 (UTC +04:00)

İtaliyanın Livorno şəhərində yağan güclü yağış və baş verən daşqınlar nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

 

APA-nın məlumatına görə, bu barədə “Corriere della Sera” qəzeti xəbər verib.

 

Bundan əvvəl 6 nəfərin öldüyü bildirilirdi. Sentyabrın 11-də xilasedicilər 34 yaşlı qadının meyitini aşkar ediblər. Daha 1 nəfər itkin düşmüş hesab edilir.

 

Şiddətli yağıntı ilə əlaqədar Livorno şəhərində elektrik xətləri zədələnib, nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR