Bakı-APA. İtaliyada zəlzələ nəticəsində ölənlərin sayı, son məlumata görə, 281 nəfərə çatıb.
APA-nın məlumatına görə, bu barədə RAİ telekanalı xəbər verib.
Məlumata görə, 221 nəfər Amatriçe, 49 nəfər Arkauta-del-Tronto, 11-i isə Akkumoli yaşayış məntəqələrində həyatlarını itiriblər.
Seysmoloqların xəbərinə görə, təbii fəlakət zonasında artıq 1000-dən çox yeraltı təkan qeydə alınıb. Avqustun 27-si ölkədə milli matəm günü elan olunub.
Qeyd edək, avqustun 23-nə keçən gecə İtaliyanın mərkəzi hissəsində 6,2 bal gücündə zəlzələ baş verib. Latsio, Umbriya və Marka vilayətlərində ciddi dağıntılar baş verib.
***
21:24
Bakı-APA. İtaliyada zəlzələ nəticəsində ölənlərin sayı, son məlumata görə, 278 nəfərə çatıb.
APA-nın məlumatına görə, bu barədə RAİ telekanalı xəbər verib.
Təbii fəlakət nəticəsində 387 nəfər xəsarət alıb.
Dağıdıcı zəlzələdən sonra İtaliyanın mərkəzində yeraltı təkanlar davam etməkdədir. Bölgədə axtarış-xilasedici əməliyyat davam edir.