Bakı. Mübariz Aslanov - APA. ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən 23-cü Yay Sessiyası çərçivəsində keçirilən Demokratiya və İnsan haqları komitəsinin iclasında İtaliyadan olan deputat ölkəsində işsizliyin yüksək həddə çatdığını bəyan edib.
APA-nın məlumatına görə, xanım Marietta Tidei İtaliyanı miqrantlarla bağlı ən çox çətinliklə üzləşən ölkə adlandırıb: “Şərqdə baş verən hadisələrlə bağlı Avropaya gələn miqrantlar daha çox bizim ölkəyə üz tutur. Biz isə bunun öhdəsindən tək gəlmək gücündə deyilik. İtaliyada gənclərin 45 faizə qədəri işsizdir, onlar üçün iş yerləri yoxdur. İtaliyaya gələn miqrantlar da iş axtarırlar. Mənin çıxışım rasizm, irqi ayrı-seçkilik kimi başa düşülməməlidir. Mən mövcud olan vəziyyəti çatdırıram. Bizə bu işdə yardım olunmalıdır. Bu gün burdan bütün İtaliyanın “SOS” siqnalını sizə çatdırıram”.
İtaliyalı deputat miqrant axını ilə əlaqədar ölkəsində işsizliyin yüksək həddə çatdığını bəyan edib
29 iyun 2014 09:49 (UTC +04:00)
Avropa
Tbilisidə keçirilən etiraz aksiyasında Rusiya bayrağı yandırılıb
22:58
18 may 2024
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
16:34
18 may 2024
Rusiya XİN Fransanı Yeni Kaledoniya əhalisinə zorakılıqdan çəkinməyə çağırıb
15:49
18 may 2024
Almaniya ukraynalı hərbçilərin iştirakı ilə təlimlərə başlayıb
15:00
18 may 2024