Bakı. Türbət Bağırova-APA. Kipr probleminin tənzimlənməsi 2016-cı ilin birinci yarısında mümkün olacaq.
APA-nın “Ria Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Avrokomissiyanın rəhbəri Jan Klod Yunker Brüsseldə keçirilən mətbuat konfransında bildirib.
“Mən tamamilə əminəm ki, ilin birinci yarısında adanın birləşdirilməsi istiqamətində yekun razılaşmaya gələ biləcəyik”, - deyə J. K. Yunker qeyd edib.
Qeyd edək ki, 1974-cü ildə Yunanıstanın adanı birləşdirmək cəhdinə cavab olaraq Türkiyə adaya qoşun yeridib, 1983-cü ildə Şimali Kipr Türk Cumhuriyyətinin yaradılması ilə ada ikiyə parçalanıb.