Bakı. Türbət Bağırova-APA. "Kipr probleminin tənzimlənməsi 2016-cı ilin birinci yarısında mümkün olacaq".
APA-nın “Ria Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker Brüsseldə keçirilən mətbuat konfransında bildirib. “Tam əminəm ki, ilin birinci yarısında adanın birləşdirilməsi istiqamətində yekun razılaşmaya gələ biləcəyik” - deyə, J. K. Yunker qeyd edib.
Qeyd edək ki, Kiprdə yaşayan türklərin xilas olunması və müdafiəsi məqsədilə Türkiyə hərbçiləri 1974-cü ildə oraya göndərilib. 1983-cü ildə isə Şimali Kipr Türk Cumhuriyyəti elan edilib.