Bank Of Baku

Kataloniya parlamenti İspaniyadan ayrılmaqla bağlı referendum keçirilməsini dəstəkləyib

Kataloniya parlamenti İspaniyadan ayrılmaqla bağlı referendum keçirilməsini dəstəkləyib
# 06 sentyabr 2017 22:53 (UTC +04:00)

Kataloniya muxtar vilayətinin parlamenti İspaniyadan ayrılmaqla bağlı referendum keçirilməsi qərarını dəstəkləyib.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, sənədi qeyri-qanuni hesab edən İspaniya hökuməti Konstitusiya məhkəməsinə müraciət edəcək.

 

Qanun layihəsinin lehinə Kataloniya parlamentində mütləq əksəriyyətə malik partiyaların nümayəndələri səs verib.

 

Qeyd edək ki, 2014-cü ildə Kataloniya parlamenti suverenlik barədə bəyannamə qəbul edib, lakin İspaniya Konstitusiya Məhkəməsi bu sənədi qanunsuz elan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR