Bakı. Vüsal Nəbiyev - APA-Economics. Avropa Komissiyası "Volkswagen" konsernini Avropa İttifaqına (Aİ) üzv olan 20 ölkənin qanunvericiyilini pozmaqda ittiham edib.
"APA-Economics" "Die Welt" nəşrinə istinadən xəbər verir ki, söhbət konsernin dizel mühərrikli avtomobillərdə atmosferə atılan zərərli maddələrin göstəriciləri ilə manipulyasiya etməsidir.
Avropa Komissiyasının ədliyyə məsələləri üzrə üzvü Vera Yurova məsələyə bu cür münasibət bildirib: "Konsern Avropa İttifaqına üzv olan əksər ölkələrin qanunvericiliyini pozub. Məsələyə ali səviyyədə müdaxilə olunmalıdır".